İlham Əliyev Anıtqəbiri ziyarət etdi

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlib.

Dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Sonra xatirə şəkilləri çəkdirilib.

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

AzNews.az