Bu qızın xoşbəxtliyinin 30 min manata ehtiyacı var - DİQQƏT

2 yaşlı İbrahimova Lalənin hər kəsin yardımına ehtiyacı var.


Valideynlərinin sözlərinə görə, 2 yaşının tamam olmasına baxmayaraq onun səsləri eşidə bilməməsi onlarə çox narahat edir:

"Övladının bu dərdinə dözə bilməyən bir valideyn kimi, təbii ki, lazımi yerlərə müraciət edib onun dərdinə bir çarə axtardıq. Nəticə bu oldu ki, övladıma çox ağır - "IV dərəcədə sensonevral tipdə eşitmə azlığı" diaqnozu qoyulub. Hazırda qızım Lalə İbrahimova qulağına qoşulmuş eşitmə aparatının vasitəsilə ən güclü səsləri eşidə bilir. Bu hal onun ümumi psixoloji durumuna və əsəb sisteminə də olduqca mənfi təsir göstərir.

Əgər Lalə beş yaşına qədər əməliyyat olunmasa, bu ona həyatı bahasına başa gələcək. Həkimlərin verdikləri bu qərar bizim balaca, xoşbəxt dünyamızı qaranlığa qərq edib. Çünki bu əməliyyatın keçirilməsinə lazım olan vəsait bizim imkanımız xaricindədir. Maddi çətinliklər içərisində yaşayan ailəmizin belə bir böyük məbləği ödəməyə imkanı yoxdur.

Mən özüm də II qrup əlil olaraq cəmi 40 manat pensiya alıram və sosial vəziyyətim çox ağırdır. Dövlətimin bütün qanunlarına hörmət və riayət edən vətəndaş kimi, aidiyyəti dövlət orqanlarına müraciət etmişik. Amma hələ ki, heç bir köməklik olunmayıb. Bu əməliyyat üçün 30000 manat vəsait tələb olunur. Həkimlərin məsləhətinə görə, körpə 5 yaşına qədər əməliyyat edilsə, normal uşaq həyatı yaşaya bilər.

Əks halda, onda çox ciddi qüsurlar qalacaq. Ona görə də bu üsulla bütün insanlara müraciət etməyə məcbur oldum. Çox təəssüf ki, maddi çətinliklər səbəbindən hər valideynin öz övladını belə bir bəladan xilas etməyə gücü yetmir. Bu müraciəti oxuyan şəxslərdən xahiş olunur ki, artıq 2 yaşı tamam olmuş qızım Lalənin əməliyyat edilməsinə və eşitmə qabiliyyəti əldə edərək cəmiyyətə inteqrasiya olunmasına maddi cəhətdən yardımçı olsunlar. Hər kəs bizə kömək edə bilər.

Kimin gücü və imkanı nəyə çatırsa yardım edə bilər. Hətta cüzi bir məbləğlə yardım etmək istəyən şəxslərə də öz minnətdarlığımızı bildiririk. Bu yardımlaşmalarla biz Laləni xilas edə bilərik. Özündən xəbərsiz taleyinin faciəsini yaşayan bir uşağın normal insanlar kimi yaşaması, eşidib danışması üçün əlinizdən gələni edəcəyinizə böyük ümidlər bəsləyir və ailəmiz adından bu çətin anımızda bizə dəstək olan hər kəsə əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm!"

Qeyd edək ki, Lalənin hesabında 19.10.2013 –cü il tarixinə qədər 3866 manat toplanıb.

Azərbaycan Beynəlxalq Bankı Oğuz şöbəsi SWIFT(BIK) : IBAZAZ2X

Müxbir hesab : AZ03NABZ01350100000000002944 Kod : 805777 WÖEN : 9900001881

Müştəri: İBRAHIMOV ÇINGİZ SOLTAN oğlu Bank Hesabı:

AZ45IBAZ33801019445340733338 AZN AZ66İBAZ33811018405340733338 USD AZ83İBAZ33811018105340733338 Рубль Access Bank QSC Azadlıq filialı Müştəri: İBRAHIMOV FAMIL SOLTAN oğlu Bank Hesabı: AZ52ACAB00001009241000618806 (AZN) AZ26ACAB00001009242000329404 (USD) AZ76ACAB00001009243000049304 (EURO) AZ79ACAB00001009244000001201 (RUR) Kodu/Code : 504788 WÖEN/INT : 1400057421 Müxbir hesab/Corr. Acc:

AZ10NBAZ01350100000000056944 S.W.I.F.T/ S.W.I.F.T : ACABZ22 Telefon: 024-21-66-2-62 Mobil: 050 467-36-46 050 420-42-00






AzNews.az