- Köhnə - Cəmiyyət
- 15 Noyabr 2013 11:42
- 1 871
ATƏT-in iclasında prezidentlərin görüşündən danışıldı

APA-nın xəbərinə görə, bunu ABŞ-ın ATƏT-dəki nümayəndəsi Deniel Ber ATƏT Daimi Şurasının iclasında deyib.
D. Ber iki ölkə prezidentinin görüşərək münaqişənin həlli üçün növbəti addımları müzakirə etməyə qərar vermələrini alqışlayıb: "İndi sözdən işə keçmək vaxtıdır. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həlli üçün münaqişə tərəfləri ilə iş aparmağa davam edəcək".
D. Ber həmsədrlərin və ATƏT sədrinin şəxsi nümayəndəsinin münaqişə tərəfləri ilə apardığı işi alqışladıqlarını da söyləyib: "Problemin danışıqlar vasitəsilə sülh yolu ilə həllinin alternativi yoxdur".
AzNews.az