- Köhnə - Cəmiyyət
- 5 Dekabr 2013 18:00
- 1 427
Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM

Sərəncama əsasən altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Yalama-Xanoba avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
AzNews.az