Sabah Azərbaycan Bakıda isti, yağmursuz hava şəraiti olacaq Sabah Azərbaycan Bakıda isti, yağmursuz hava şəraiti olacaq

Sabah 37 dərəcə isti olacaq

Sabah Azərbaycan Bakıda isti, yağmursuz hava şəraiti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentindən AzNews.az verilən məlumata görə, avqustun
11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi
gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə
22-27, gündüz 32-37 dərəcə isti təşkil edəcək.



Abşeronun çimərliklərində dəniz suyunun temperaturu
Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan,
Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu
gecə 21-26, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

İlkin

AzNews.az