- Köhnə - Cəmiyyət
- 6 Dekabr 2013 11:33
- 1 752
Temperatur 14 dərəcə yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Hava gün ərzində əsasən, yağmursuz keçəcək. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 7-də hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı ehtimalı var.
AzNews.az