Qafqaz və anti-Qafqaz

Yunan və Roma mənbələrində Qafqaz adlandırılan ərazi İslamdan sonra tam unuduldu. Mənbələrdə fərqli adlar istifadə edilirdi.

1 ci Pyotrun qurduğu "İmperatorluq Elmlər Akademiyası" araşdırmalara başlarkən bu termin yenidən gündəmə gəldi. Rusların Qafqaz və "Dağların o yanı" olaraq işarələdiyi ərazi bölgüsündə Azərbaycan dağların o yanı kimi təsvir edilirdi.

Qafqaz və "Dağların o yanı" 20-ci əsrin sonlarında isə Cənubi Qafqaz və Şimali Qafqaz olaraq tanınmağa başladı. Cənubi Qafqazlara gürcülər, ermənilər və azərbaycanlılar, Şimali Qafqaza isə Dağıstan və ətrafında olan xalqların birliyi aid edildi.

"Vladikavkaz" deyilən bir Osetiya var: hərbi Gürcüstan yolunun dağlardan düzənliyə çıxdığı bu ərazi "Qafqaza sahiblik"deməkdir. Terek çayının sahilindən və Kazbek dağının əzəmətindən sonra bir düzənlik olaraq başlar "Vladikavkaz".

Lars qapısı Gürcüstanla Şimali Osetiyanın sərhədidir. Bu qapıdan keçərkən gürcülər çox sakitcə bizi yola saldılar. Ruslar isə… "Yol boyunca nə çəkirdiniz?" sualı çəkiliş qrupumuzu heyətləndirdi. Cavablarımız onları qane etməsə də, çox da sorğu suala tutulmadıq.

Qafqazları bir bütün olaraq görmək doğru deyil. Burda üç dil qrupuna aid xalqlar yaşayır. Hind-Avropa dil qrupuna aid osetinlər "Vladikavkaz"ın sakinlərdir. Dinləri də provoslav xristianlıqdır. Türk dil qrupunda olanlar isə kumuklar və qaraçay balkarlardır. Qalan bütün xalqlar isə Qafqaz dil qrupunun içində yer alırlar. Qafqazdillilər içərisində avar, ləzgi, tabasaran, lak, dərgin öndə olan xalqlardan sayılır. Demək olar ki, Qafqazdillilərin əkəsriyyəti İslam dininin ardıcılarıdır. Bu üç qrupun içini araşdırmaq və yerləşim olaraq tanıtmaq xüsusi bir mövzudur.

Qafqazlardan Ərzuruma, yəni Rumun sərhədinə keçid Türk gözündəndir. Türk gözü Gürcüstan-Türkiyə sərhədidir. Boryomi bitir və Axaltəkin başlar. Türk gözünü keçdikdən sonra isə Çıldırdır. Dağlar bu ərazilərin əsas ayırıcı xəttidir. Bugünkü sərhədlər sanki bir dolanbaclar yaratmaqdan ötrü çəklib. Tarixləri də tam olaraq bugünkü sərhədlərin varlığı ilə uydururlar. Bu da tam olaraq baş verən prosesləri görməyə mane olur.

Qafqazlardan Doğu Anadoluya və Azərbaycana keçidləri tanımadan tarix yazmaq mümkün deyil. Qafqazlar dağ və vadilərdən ibarət olduğu üçün bu dağ və vadiləri tanıtmaq istəyirik. Ərzuruma Rumun sərhədinə keçid Çıldırdır, dedik. Gürcüstana keçid Daryaldan, Arana keçid isə Alazan vadisindəndir. Şirvana keçid isə Dərbənddəndir.

Aranla Şirvanın daima nədən savaşlarda olduğunu bu keçidləri tanıdıqdan sonra öyrənə bilərik. Bu ərazilərdə öz hakimiyyətini möhkəmləndirmək istəyən hər bir imperiya bu vadilər və keçidləri bilməlidir ki, özünün siyasi və ideoloji xəttini tam olaraq həyata keçirə bilsin.

Çar Rusiyası tarixdə ilk dəfə bu strateji xətti tam olaraq tədqiq edib, bu ərazilərə necə yiyələnməyi öyrəndi və Qafqazı istila etdi.

Bu dağ və vadilərin bir də əsas olaraq daima nəzərdən qaçan dəniz sevgisi var. Bu da Qara dənizdir. Qara dəniz Bizansın şah əsəridir. Bizans bu dənizi daima nəzərətdə saxlayardı. Bizans kilsəsi 1054 cü ildə Poma kilsəsinə uduzur, Konistantinopolu buraxır və ikinci mərkəz olaraq Trabzona yerləşir. Qara dənizin bir sahilindən digər bir sahilinə sığınır və Ayasofiyanın ikincisini Trabzonda qurur.

Tiflis bir Aran şəhərdir və Aranın açarıdır. Nədənsə tarixçilər bu faktı görməzdən tarix yazmağa cəhd edirlər. Tiflis nə zaman gürcüləşdi? Bu qıpçaqların Qafqazlara gəlişindən sonra baş verdi. Qıpçaqlar abxaz zadəganlarının silahı olaraq Aranı məhv etdilər. Bu proseslərə qədər Aran Anadolu və İran xristianlarının beyin mərkəzi idi.

Trabzona köçən ortodoks Bizans kilsəsi Roma ilə mücadilədə uduzdu,amma Aran aramey İsaçılarına divan tutdu. Aran xristianları monqolların gəlişini dağılmış və bitirlmiş bir kütlə kimi qarşıladılar. Monqolların nəsturi inanclıları da onlara kömək edə bilmədi. Bu zamana qədər var olan bir tarix və mədəniyyətə Bizansın daimi düşməni Erməni kilsəsi sahib çıxdı.Tacirlərin inancı olan bir məzhəb bu mirasların üzərindən özünün tək hakimiyyətini qura bildi.

Ermənilər Qafqaz xalqları içərisində olmayan və bu ərazilərdə gedən proseslərə sadəcə tacir olaraq gəlib və din kimliyindən formalaşan din camaatıdır. Bu camaatın əsas hərəkətvericisi mərkəzi daima bağlandıqları Kilsədir. Eçmiəzdinin ortaya çıxması da Qafqazlarda gedən tarixi proseslərin yəhidiləşməsindən sonra yaranan zərurətdir. Yəhudilərin Xəzərlərin dağılmasından sonra bu ərazilərdə qalan və bu əraziləri gözəl bilən tacir kütləsinin dini qarşıdurmalarından yaranan tərəfləşmə xristian aramey camaatla iudaist camaatın parçalanmasına səbəb oldu.

Xristian süryani camaat erməni kilsəsinin mərkəzləşməsinin çevikliyini qəbul etdikdən sonra onlara itaət etmək məcburiyyətində qaldı.

Davam edəcək…

AzNews.az