- Rusiya və İran
- 2 İyul 16:34
- 1 632
Peskov: RF İstintaq Komitəsinin sədri Azərbaycanın Baş prokuroru ilə daimi əlaqə saxlayır

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Yekaterinburq və Bakıda rezonans doğuran işlərlə bağlı problemli məsələləri müzakirə etmək üçün Azərbaycanın baş prokuroru Kamran Əliyevlə daimi əlaqə saxlayır.
Bu sözləri brifinq zamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, tərəflər “problemli görünən məsələlərlə məşğul olurlar”.
"Hazırda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycanın Baş prokuroru ilə daimi əlaqə saxlayır, bu təmaslar zamanı onlar problemli görünən məsələlərlə məşğul olurlar", -deyə Peskov bildirib.