2014-cü il üçün qeyri-iş günləri açıqlandı

Azərbaycan hökuməti 2014-cü ildə Novruz, Ramazan, Qurban bayramlarında qeyri-iş günləri ilə bağlı qərar çıxarıb.

Nazirlər Kabinetindən bildiriblər ki, "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq 2014-cü ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 28, 29 iyul Ramazan bayramı, 4, 5 oktyabr Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

AzNews.az