Sənətkarın Aslansız yurdunda DÜŞÜNCƏLƏR - FOTOLAR

Onun tək istəyi vardı. Bir az da yaşamaq. Xəstə yatağından durub, çox sevdiyi qarmonunu əlinə alıb ifa etmək belə qismət olmadı. Sonuncu dəfə də özünə "Allah mənə rəhmət eləsin" deyib, gözlərini əbədi yumdu. Tanınmış qarmon ifaçısı Aslan İlyasovun vəfatı bütün Azərbaycanı yasa boğdu. Ölümündən bir gün əvvəl telekanlalrın birinə, xəstə yatağında danışan Aslan müəllim, Allahdan möhlət istəyirdi. Övladları cavandır. Onların xeyir işini görməmiş getmək istəmirdi bu dünyadan. Amma, üsyan da etmirdi. Xəstəliyi ilə, xüsusilə, öləcəyi ilə çoxdan barışmışdı.

***
Mərhum Aslan İlyasovun yas mərasimində iştirak etməmişdən qabaq, Arbatan kənd qəbirstanlığındakı məzarına ba çəkdim. Qəbirstanlığın qapıçısı məni görən kimi, sanki əvvəlcədən bilirmiş kimi, mənə Aslan müəllimin məzarını göstərdi. Məzarı qərənfillərlə örtülü idi. Bir gün öncə-dəfn günü Aslan müəllimin ölümünü eşidən hər kəs bu məzarlığa axın etmişdi. Qarolçu deyir ki, adamların çoxluğundan qəbiristanlığın illərdir bağlı qalan digər qapılarını da açmaq məcburiyyətinə qalıblar. Sənət dostları, hökumət adamları, bütün Aslansevərlər bu məzarlığa axışıb. Mərhum sənətkarımızın məzarını ziyarət edib, dua oxuyub, qəbəri üzərinə qərənfil qoyduqdan sonra, Salyanın girəcəyindəki bağ evinə yollanıram.

"Aslan, bu dünyada cənnəti qazandı"

Yas yerinə çatıram. İzdiham böyükdür. Dəfninin ikinci günüdür. Salyanlılar el sənətkarlarının yas mərasiminə axın edirlər. Rahim İbadov adlı dostu deyir ki, Aslan öz xeyrixah əməlləri ilə bu dünyada cənnəti qazandı: "Heç vaxt kiməsə ağız açmayıb. Min bir əziyyətlə bu evi tikə bilmişdi. Dəfələrlə olub ki, ondan borc istəmişəm. Bilmişəm özündə olmasa da başqasından alıb məni çətin vəziyyətdən çıxaracaq. Sağlığında belə biz Aslana rəhmət oxuyurduq. Çox güclü sənətkar idi. Mən Aslanı möhkəm iradəli, mübariz, vətəninin dərdinə yanan bir insan kimi tanıyıram. Təkcə mən yox, xalqımız da onu bu cür bilirdi ki, bu gün onun yas mərasiminə axın edir. Allah rəhmət eləsin, yaxınlarına, biz dostlarına səbr versin".

Yas çadırından ayrılıb. Asalan İlyasovun öz zəhməti hesabına mərhum prezident Heydər Əliyevin adını daşıyan bağını gəzirik. 5 hektara yaxın ərazidə bütün növ meyvə ağacları var. Yoldan keçən bünü insanlara açıq olan bu bağda eyni zamanda məscid tikilib. Qardaşı oğlu Mikayıl İlyasov deyir ki, Aslan müəllim bağdakı hər bir ağacı özü əlləri ilə əkərək qulluq edib: "Zarafat deyil yüzlərlə ağaca qulluq etmək. 88-ci ildə bu bağı salıb. O vaxt Meydan hərəkatının getdiyi vaxtda o Bakıda idi. Azadlıq meydanında bir çadır da o qurubmuş. Salyandan meydana ərzaq gətizdirirmiş. Ordakı insanlara hər cür yardım göstərməyə çalışırmış. Bu gün Salyanın tanımış meydan hərəkatçıları Aslan müəllimin o vaxt millətimizin müstəqil yaşaması üçün etdiyi fədəkarlıqları hələ də danışır".

"Yaşı keçdikcə içindəki uşaq cavanlaşırdı"

Mikayıl deyir ki, Aslan müəllimi heç vaxt qaşqabağlı görməyib: "Onun nəyəsə hirsləndiyini görməmişəm. Yaşı keçdikcə içindəki uşaq sanki cavablaşırdı: "Heç vaxt pul dalınca qaçan olmayıb. Ayağı yalın, başı açıq bütün cəbhə bölgəsini gəzib. Hətt cəbhə bölgəsində əsgərlərə konset verərkən sənətçi dostlarına tapşırıq verirmiş ki, musiqinin səsini daha da artırın, düşmən görsün ki, biz ölməmişik, varıq".

Yatağa düşəmişdən bir neçə ay əvvəl Aslan İlyasovun 65 illik yubileyi keçirilib: "Sənətçi dostları, Salyanın sayılıb-seçilən ağsaqalları yubileydə iştirak edirdilər. Gözlərində işiltı vardı, uşaq kimi sevinirdi. Xəstəliyini bilirdik. Amma, özünü elə aparırdı ki, xəstə olduğunu qətiyyən hiss etmirdik. Bəlkə də müalicə olunsaydı yaşayardı. Bir az sağalan kimi arxayınlaşdı. Yatağa düşəndə də son sözü yaşamaq istəyirəm oldu. Bələkə də xaricdə müalicə alsaydı bir az yaşayaradı. Dostları sağ olsun, bu müddətdə ona çox dəstək oldular. Amma neyləyə bilərik, onun da ömrü buraya qədər imiş".

"Dövlətin ona yardım edəcəyinə ümid edirdi"

Mikayıl deyir ki, Aslan müəllim son günə kimi dövlətin ona yardım edəcəyinə ümid edirdi: "Nə biz, nə də özü hər hansı bir müraciət etmişdi. Həmişə başqalarına yardım edən Aslan müəllim, bəlkə də yardım istəməyə utanırdı. Ailəsi olaraq heç kəsdən incimirik. Sonuncu dəfə başqaları ilə bərabər özünə də rəhmət dilədi. Azərbaycan deyərək gözlərini yumdu".

Aslan müəllim min bir zəhmət hesabına saldığı bağı çox sevirmiş. Vaxt tapan kimi gəlirmiş bağa, bu boyda ərazini bir neçə dəfə gəzib, ağacları sulayır, onlara qulluq edirmiş. 5 hektar ərazini saxlamaq üçün Bakıdakı evini satbmış. Ov həvəskarı imiş. Darıxan kimi gedib bağdakı göldə balıq tuturmuş. Balıq tutmağın ona səbr verdiyini düşünürmüş.

Sonda Aslan İlyasovun yolunu kim davat etdirəcək sualımıza qardaşı oğlu Mikayıl "Minlərlə tələbəsi deyərək" cavab verir. Reportajımızı burda tamamlayırıq. El sənətkarımıza Allahdan rəhmət yaxınlarına və sənət dostarına səbr arzulayırıq.(Musavat.com)
image description image description image description image description image description