Nigar Köçərli Sanitariya-Karantin Mərkəzindən tələb edir: KİTABLARIMI QAYTARIN!

İngiltərədən özəl sifariş olaraq 1000 manat dəyərində kitablar gətirmişəm. Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi həmin kitablar üçün sertifikat adı ilə bizə 1900 manatlıq pul ödətdirib. Üstəlik də 500 manat dəyərində olan ən bahalı kitabları ekspertiza adı ilə götürüblər və qaytarmırlar.

Bu sözləri “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli qeyd edib.

Köçərli şikayətində bildirib ki, müştəri də öz kitablarını tələb edir:

“Yalnız son bir ay ərzində buna görə bizə 2600 manat ziyan dəyib. Çünki sertifikatlarla qarışıq yaradıb gömrük işlərimizi uzadırlar ki, biz də gömrüyə kitabların saxlanıldığı üçün ödəniş edirik. Üstəlik, heç kəsə lazım olmayan sertifikatlara da 3100 manat ödəmişik.

Dünən mərkəzin rəisi, əməkdaşları 1 saatlıq söhbətdən sonra məni arxayın etdilər ki, kitablarımı geri qaytaracaqlar. 1-2 ədəd kitaba görə daha sertifikat tələb etməyəcəklər. Lakin kitabları geri qaytarmadılar, üstəlik yeni gələn sifariş üçün əlavə 300 manat və “müsadirə” üçün bahalı kitab tələb etdilər.

Artıq Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzindən sosial şəbəkələrdə canlı açıb öz kitablarımı tələb edəcəyəm. Çox təəssüf edirəm. Məsələni o həddə gətirib çıxardıblar ki, ictimailəşdirərək, haqqımı tələb edəcəyəm”.

AzNews.az xəbər verir ki, “Cebheinfo.az” məsələ ilə bağlı Səhiyyə Nazirliyinin "Respublika Sanitariya-Karantin Mərkəzi" ilə əlaqə saxlayıb.

"Respublika Sanitariya-Karantin Mərkəzi"ndən bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxs idxalçının müraciətinə əsasən Respublikaya idxal olunan sanitariya nəzarətinə aid qeyri-ərzaq məhsullarının ekspertizası keçirir, onların laborator müayinələrini aparır, müayinə nəticələri sanitariya-gigiyena norma və tələblərinə cavab verdiyi təqdirdə onların gigiyenik sertifikatlaşdırılmasını həyata keçirir.

Qeyd olunub ki, “Ali və Nino Yayım” MMC tərəfindən Respublikaya idxal edilmiş poliqrafiya məhsullarına gigiyenik sertifikatın verilməsi üçün Mərkəzə 09.02.2025-ci il, 03.09.2025-ci il, 04.09.2025-ci il, 11.09.2025-ci il tarixli müraciətlər daxil olub. İdxal edilmiş məhsullardan nümunələr götürülməklə laborator müayinəyə cəlb edilib:

“Laborator test və ya sınaq məqsədilə götürülmüş məhsul nümunəsi aparılmış laborator analizlərdən sonra fiziki-kimyəvi, toksikoloji və mikrobioloji çirklənməyə məruz qalmaqla orijinal fiziki və kimyəvi xüsusiyyətlərini itirdiyi üçün istifadəyə yararsız hesab olunur və onun dərhal zərərsizləşdirilməsi tələb olunur.

AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartının imperativ göstərişlərinə uyğun olaraq, laboratoriyada sınaq nümunələrinin saxlanması, müəyyən müddət qorunması və məhv edilməsi ilə bağlı prosedurlar olmalıdır. Nümunənin çirklənməsi və ya ilkin vəziyyətinin dəyişməsi zamanı sözügedən nümunə müştəriyə qaytarılmamalıdır”.

Mütəxəsisslər isə, belə hesab edirlər ki, kitabların gigiyenik sınaqdan keçirilməsi ümumiyyətlə mübahisəli mövzudur. Çünki kitablar riskli sanitar məhsul deyil. Əgər bu tələblər həqiqətən də kitab idxalı üçün məcburidirsə, onların iqtisadi yükü sahibkar üçün qeyri-proporsional görünə bilər.

Bundan savayı, sahibkar iddia edir ki, əvvəl ona “kitablar qaytarılacaq” deyilib, sonra isə yeni tələblər irəli sürülüb. Bu, prosedurların bərabər və şəffaf icra olunmadığı barədə suallar yaradır.

AzNews.az

“Cebheinfo.az” məsələ ilə bağlı Səhiyyə Nazirliyinin "Respublika Sanitariya-Karantin Mərkəzi" ilə əlaqə saxladıq. "Respublika Sanitariya-Karantin Mərkəzi"ndən bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxs idxalçının müraciətinə əsasən Respublikaya idxal olunan sanitariya nəzarətinə aid qeyri-ərzaq məhsullarının ekspertizası keçirir, onların laborator müayinələrini aparır, müayinə nəticələri sanitariya-gigiyena norma və tələblərinə cavab verdiyi təqdirdə onların gigiyenik sertifikatlaşdırılmasını həyata keçirir.