- Göz önü
- 10 Sentyabr 22:44
- 1 764
Zaur Mikayılovun diqqətinə Surinin su narazılığı: "Nə məktuba cavab verilir, nə də boru dəyişdirilir"

"Xətai rayonu, Babək prospekti 10 ünvanında “Azərsu”nun yolda yerləşən su borusu çürüyüb. Boru tez-tez deşilir, su axıb binanın altındakı avtodayanacağa tökülür. Nəticədə qaraj daim suyun içində qalır. Komendant “qaynar xətt”ə dəfələrlə zəng edib, gəlirlər, sadəcə yamayırlar, amma borunu dəyişmirlər. Bir müddət keçəndən sonra yenə eyni hal təkrarlanır".
Bu barədə tanınmış sənətçi Nuri Suri öz Facebook səhifəsində yazıb. O, şikayətinə belə davam edib:
"Rəsmi məktub da yazılıb, amma nə məktuba cavab verilir, nə də boru dəyişdirilir. Qar və yağış yağanda Azərsunun borularına görə camaat suyun içində qalır, həyatını itirənlər də olur. Amma “Azərsu” buna məhəl qoymur. Bəs hara şikayət edək? Yenə ölkə prezidentinə müraciət edək? Nə etməliyik ki, bu şirkət işini normal şəkildə yerinə yetirsin"?
AzNews.az