- Köhnə - Cəmiyyət
- 23 Dekabr 2013 09:21
- 2 788
Rafiq Hüseynov: “Dostlarımı qəbul edə bilmirəm”
"Təyyarəyə minəndə bir az həyacanlandım. Amma Bakıya çatanda məni qarşılayanları, dostlarımı görəndə həyacanım keçdi. Şükürlər olsun ki, indi yaxşıyam. İnsana ən rahat yer onun evidir".
Bunu AzNews.az-a Xalq artisti, Türkiyədə müalicədən qayıdan tanınmış diktor Rafiq Hüseynov deyib.
Onun sözlərinə görə, səhhəti ilə əlaqədar dostlarını qəbul edə bilməyəcək:
"Görürsünüz, danışa bilmirəm. Həkimlər deyib ki, bir müddət ehtiyatlı olmalıyam. Ona görə də dostlarımı qəbul edə bilmirəm. Sağ olsunlar ki, hamı mənimlə maraqlanır. Mənimlə maraqlanan hər kəsə təşəkkürümü bildirirəm".
Bahar Rüstəmli
AzNews.az