- Köhnə - Cəmiyyət
- 23 Dekabr 2013 20:49
- 1 691
Leninqrad müdafiəçiləri Prezident Təqaüdü alacaqlar

"Qafqazinfo" xəbər verir ki, sərəncamda aşağıdakı dəyişikliklər edilir:
1. Adına və 1-ci hissəsinə "iştirakçılarına" sözündən sonra ", İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə" sözləri əlavə edilsin.
2. Preambulasına "iştirakçılarının" sözündən sonra ", İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərin" sözləri əlavə edilsin.
Beləliklə, sərəncama əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına", İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) təsis edilmiş Azərbaycan Prezidenti təqaüdünün aylıq məbləği 55 manat müəyyən edilir.
AzNews.az