“Elektron Hökumət”in gömrük xidməti

"Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsinin alınması" Dövlət Gömrük Komitəsinin "Elektron Hökumət" (www.e-gov.az) portalı vasitəsilə vətəndaşlara təqdim etdiyi e-xidmətləri arasında "Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsinin alınması" xidməti var.

Bu xidmət vasitəsilə qeydiyyatdan keçmiş hər bir istifadəçi öz PİN kodu əsasında fərdi məlumatları və Gömrük Ödənişlərinin Ödəyicisinin Eyniləşdirmə Nömrəsini (GÖÖEN) əldə edə bilər.

Bunun üçün "www.e-gov.az" "Elektron Hökumət" portalına daxil olub, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunan e-xidmətlər siyahısından "Elektron Hökumət" portalı vasitəsilə vətəndaşlara təqdim olunan e-xidmətlər arasında "Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsinin alınması" xidmətin adını seçməlisiniz.

Açılan formanın içində yalnız fiziki şəxs öz PİN kodu əsasında Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsini və ona aid olan fərdi məlumatları: soyadı, adı, ata adı, GÖÖEN-ini, doğulduğu tarix, ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi, qeydiyyat tarixi və s. əks olunacaq. Əgər həmin məlumatları öz kompüterinizdə yadda saxlamaq istəyirsinizsə, "PDF" düyməsindən istifadə edə bilərsiniz. Həmin məlumatları PDF formatında yadda saxlayıb və ya elektron poçt vasitəsilə e-mail şəklində istənilən ünvana göndərə bilərsiniz.

AzNews.az