- Köhnə - Cəmiyyət
- 24 Dekabr 2013 10:39
- 13 097
Ailəsi Elnarə Tofiqqızının doğum gününü onsuz qeyd edir- Foto
E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev onsuz keçən ilk doğum günü haqqında Facebook-da yazıb:

"Hər il sürpriz tort alırdıq, 24 dekabrın ilk dəqiqəsində mətbəxdə şamları yandırıb, hay-küylə "Həppi" deyə-deyə girirdik otağa...
Eliş şamı söndürürdü və beləcə, sabahkı ad günü başlayırdı...
Əvvəllər bunu "böyük qızlarımız" - Günel, Aygün, Məltəm (Tətə) ilə edirdik. Sonra tələbə qızlarımız, Elişin doğmaları ərə getdi, Xatun 4-5 yaşa çatdı. Artıq 3 il idi ki, 23-ü axşamtərəfi Xatunla pıçıldaşa-pıçıldaşa gecənin və sabahın planını cızırdıq.
Eliş də bilirdi söhbəti, gülürdü və danışdığımız kimi, sona qədər "xəbərsiz" olurdu... Bu gün də Xatunla birgə, ənənəvi olaraq getdik tort seçməyə. İnci ilk dəfə bizə qoşuldu. Anaya tort aldıq, ondan xəbərsiz...:((( İnci təkid etdi ki, anamın şəklini gətir".
AzNews.az