Reyçel Rivz: ABŞ İranla münaqişəyə dəqiq fəaliyyət planı olmadan başlayıb

ABŞ Prezidenti Donald Trampın İrana qarşı siyasəti Londonda məyusluq doğurub.

Aznews.az xəbər verir ki, bunu Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz "Daily Mail" nəşrinə müsahibəsində bildirib.

"Bu, bizim başlamadığımız və istəmədiyimiz müharibədir. Mən ABŞ-nin bu münaqişəyə onu başa çatdırmaq üçün dəqiq plan olmadan və öz məqsədlərini dəqiq anlamadan başlamasına görə son dərəcə məyusluq hissi keçirirəm", - o qeyd edib.

Maliyyə naziri vurğulayıb ki, London İran hakimiyyətini dəstəkləməsə də, hazırlıqsız münaqişəyə girmək səhv idi.