Naxçıvanda sənaye istehsalı 13 %-dən çox artıb

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında 129,3 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub.

Aznews.az xəbər verir ki, Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 % çoxdur.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 14,9 milyard manat dəyərində və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2 % çox sənaye məhsulu istehsal edib. 3 ay ərzində emal sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, elektrik avadanlıqlarının istehsalı, toxuculuq sənayesi sahələrində olub.