- Qərb
- 09:00
- 1 581
Hörmüz boğazından keçid 60 gün ərzində ödənişsiz olacaq - Vens
ABŞ və İran arasında anlaşma memorandumunun imzalanmasından sonra davam edəcək 60 günlük danışıqlar müddətində Hörmüz boğazından keçid ödənişsiz olacaq.
Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens "NBC News" telekanalına müsahibəsində bildirib.
“Razılaşmada göstərilir ki, yekun saziş üzərində işləyəcəyimiz 60 gün ərzində Hörmüz boğazına giriş və çıxış pulsuz olacaq”, - deyə Vens qeyd edib.
Aznews.az