Hakan Fidan BMT nümayəndəsini qəbul etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Baş katibinin Kipr üzrə şəxsi nümayəndəsi Maria Angela Holguin Cuellar ilə Ankarada görüşüb.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Kipr məsələsi ətrafında son vəziyyət müzakirə olunub, həmçinin BMT nümayəndəsinin ötən həftə adada hər iki tərəfin liderləri ilə keçirdiyi təmaslar dəyərləndirilib.

Hakan Fidan bildirib ki, Türkiyə BMT Baş katibi Antonio Quterreşin səylərini dəstəkləyir. O vurğulayıb ki, Türkiyə Kipr məsələsində ən real həll yolunun adada iki dövlətin yanaşı mövcudluğundan keçdiyinə inanır.

Nazir əlavə edib ki, Kipr türklərinin suveren bərabərlik və bərabər beynəlxalq status hüquqlarını nəzərə almayan yanaşmaların uğur qazanması mümkün deyil.

Mövsüm,

AzNews.az