Tramp məyusdur

ABŞ Prezidenti Donald Tramp Viktor Orbanı öz dostu və yaxşı insan adlandıraraq, onun Macarıstanda keçirilən parlament seçkilərindəki məğlubiyyətindən məyus olduğunu bildirib.

Aznews.az xəbər verir ki, ABŞ lideri bu barədə "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib.

Tramp qeyd edib ki, səsvermənin nəticəsinə baxmayaraq, Macarıstanın sabiq liderinin siyasətini müsbət qiymətləndirir.

"Bu, mənim seçkilərim deyildi, amma o, mənim dostum idi, yaxşı insandır, miqrasiyanın öhdəsindən yaxşı gəldi", - Tramp qeyd edib.

Tramp vurğulayıb ki, Orban İtaliyanın etdiyi kimi, əcnəbilərin onun ölkəsini dağıtmasına imkan verməyib.