Yeni xəbər saytı fəaliyyətə başladı

Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başlayıb. "İnterPress" adlanan yeni xəbər portalında siyasi, sosial, iqtisadi, mədəni və idman sferasını əhatə edir.

Saytın yaradılmasında əsas məqsəd oxucuları dolğun xəbərlə operativ şəkildə təmin etməkdir. Müxtəlif layihələrə geniş yer verilən sayt bu gündən etibarən artıq ilk xəbərləri ilə oxucuların görüşünə gəlib.

Qeyd edək ki, saytın baş redaktoru İlham Sərxanlıdır. İlham Sərxanlı bundan əvvəl İctimai Televiziyada çalışıb.

Cəmil Quliyev İTV-nin baş direktoru olduqdan sonra İ. Sərxanlı informasiya departamentinin direktoru vəzifəsindən çıxarılaraq, analitik proqramlar departamentində şərhçi vəzifəsinə keçirilib. Dekabrın 3-də isə onun müqavilə müddəti bitib və onunla yeni müqavilə imzalanmayıb.

Elnur
AzNews.az