Nazir özünü yandıran Qarabağ qazisinə baş çəkdi

Deputat Səttar Mehbalıyev məsələdə adının hallanmasına münasibət bildirib.


O, AzadlıqRadiosuna deyib ki, Qarabağ əlili Zaur Həsənov həmin ərazini zəbt edibmiş:

"Tək o deyil, 7-8 nəfər həmin ərazini zəbt ediblər. Həmin ərazini boşaltmaq barədə məhkəmənin qərarı olub. Məhkəmə icraçıları da öz vəzifələrini yerinə yetiriblər. Dəfələrlə həmin şəxs mənim qəbulumda olub. Və məndən məhkəmənin qərarını ləğv etdirməyimi istəyib. Mən ona buna səlahiyyətim çatmadığını demişəm. Bu məsələdə adımızın hallanmağına çox pis olmuşam".

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Səhiyyə naziri Oktay Şirəliyev səhər xəstəyə baş çəkib. Həkimlərə göstərişlər verib. Müalicə üçün lazımi tədbirlərin görülməsini tapşırıb. Keçmiş daxili işlər naziri İskəndər Həmidov və keçmiş müdafiə naziri Rəhim Qazıyev yaralıya baş çəkib. Qarabağ əlilinin yanığı 3-cü dərəcəli dəyərləndirilir.(Qafqazinfo)