Dağıstan prezidenti ADA - da - FOTO

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) olubr.

"Qafqazinfo" xəbər verir ki, ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev Dağıstan Prezidentinə bu ali təhsil ocağının tarixi, fəaliyyəti, strukturu, həyata keçirdiyi proqramlar, Azərbaycanın təhsil sisteminə gətirdiyi yeniliklər haqqında ətraflı məlumat verib.

Bildirilib ki, akademiyada Azərbaycan da daxil olmaqla 30-dək ölkədən tələbə təhsil alır. Əsasən ABŞ, Ukrayna, Türkiyə, Çexiya, Misir və digər ölkələrdən gənclər buradakı tədrisə böyük maraq göstərirlər. ADA-da Azərbaycan dövlətçiliyinin və diplomatiyasının tarixini əks etdirən zal da var.
Dağıstan Prezidenti akademiyada Qarabağa həsr olunan müxtəlif sənət əsərlərindən ibarət sərgi ilə də tanış olunub.

Prezident Ramazan Abdulatipov ADA-nın fəaliyyətini yüksək qiymətləndirib.


AzNews.az