Oqtay Şirəliyev ana və uşaq ölümündən danışdı

"Ölümlərin azalması istiqamətində dinamik irəliləyişlər var"





Ana və uşaq ölümünün azalması istiqamətində sıçrayış olmasa da stabil, dinamik irəliləyişlər var. Bunu səhiyyə naziri Oqtay Şirəliyev 2013-cü ilin yekunlarına həsr edilən kollegiya iclasında deyib.

Nazir bildirib ki, ümumilikdə səhiyyə sistyemində böyük uğurlar qazanılıb, nailiyyətlər əldə edilib: "Lakin buna baxmayaraq, bizim hələ görüləsi işlərimiz çoxdur və hər birimiz hədəfimizi bilirik. Çalışmalı olduğumuz əsas sahələrdən biri də ana və uşaq ölümü faktlarının azalmasıdır. Bu sahədə sıçrayış olmasa da stabil, dinamik irəliləyişlər var".

O.Şirəliyev qeyd edib ki, kadr islahatları sahəsində böyük inqilabi addımlar atılıb. Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu, həkimlərin sertifikasiyası, diplomdan sonrakı təhsil və s. layihələr bu gün ölkəmizdə tam ixtisaslaşmış mütəxəssisin yetişməsinə imkan yaradır.

Nazirin sözlərinə görə, artıq vətəndaşlarımız müalicə və yaxud da cərrahi əməliyyat üçün xarici ölkələrə müraciət etmirlər. Bunun üçün ölkədə çox güclü baza yaradılıb.

AzNews.az