Gəncə Dəmiryolu Stansiyası istifadəyə verildi


Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə Dəmiryol Stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib.

AzNews.az xəbər verir ki, mərasimdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov iştirak edib. Tədbir iştirakçıları inzibati binada işçilər üçün yaradılan şəraitlə tanış olublar.

Mərasimdə məlumat verilib ki, bu ilin yanvar ayında start verilmiş əsaslı təmir prosesində stansiyanın inzibati binasının 2300 kv.m dam örtüyü müasir tələblərə uyğun yenidən qurulub.

Amid Əyyuboğlu
AzNews.az