- Köhnə - Cəmiyyət
- 16 Yanvar 2014 10:26
- 3 172
Keçmiş rektor: “Vəzifədən özüm çıxdım”
Modern.az saytına açıqlamasında sabiq rektor vəzifədən öz ərizəsilə getdiyini vurğulayıb:
"Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində mənim Gəncə Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmağımla əlaqədar müxtəlif materiallar yayımlanır.
Mən,18 fevral 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev cənablarının sərəncamı ilə Gəncə Dövlət Universitetinə rektor təyin olunmuşam. Ötən il dekabr ayının 18-də isə səhhətimlə əlaqədar olaraq vəzifəmdən azad olunmağım üçün ərizə ilə müraciət etmişəm".
Yadigar Əliyev deyib ki, hazırda Gəncə Dövlət Universitetinin professoru kimi elmi və pedaqoji fəaliyyətini davam etdirir.
"Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev cənablarına mənə göstərdiyi böyük etimad və yüksək diqqətə görə dərin təşəkkürümü bildirirəm"-deyə sabiq rektor bildirib.
AzNews.az