Millət vəkili Suriyaya gedənlər barədə MTN-ə çağırış etdi

Millət vəkili Adil Əliyev Azərbaycandan Suriyaya döyüşməyə gedənlərlə bağlı xüsusi xidmət orqanları tərəfindən ciddi araşdırma aparılmasına ehtiyac olduğunu bildirib.


AzNews.az xəbər verir ki, millət vəkili bu fikri parlamentin bu gün keçirilən iclasında irəli sürüb.

A.Əliyevin sözlərinə görə, hətta həmin şəxslərin ölkəyə qayıdışına qadağa qoyulması məsələsi də gündəmə gəlməlidir. Millət vəkili təklif edib ki, Suriyaya döyüşməyə gedənlərlə yanaşı, onları göndərən şəxslər də ciddi araşdırılmalıdır:

"Həmin adamlar ölkəyə qayıtdıqdan sonra təhlükə mənbəyi ola bilər. Bu gün kiminsə sözü ilə Suriyaya ölümə gedən adam sabah ölkəyə qayıtsa, yenə həmin şəxslərin sözü ilə ölkəyə qarşı da hansısa təxribatlar törədər".

Elnur
AzNews.az