Vaqif Əsədov ANS-i təkzib etdi: “Rəqsanə ilə bağlı elə söz deməmişəm”

"Mənim ANS-dəki çıxışımı düzgün yazmayıblar. Mən belə bir ifadə işlətməmişəm. Kim yazıbsa, özü bilər".


Bunu AzNews.az-a Bakı Şəhəri Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov dedi. O, bildirib ki, müğənni Rəqsanə İsmayılovanın sürücülük hüququnun məhdudlaşdırıla bilməz:

"Bu saat axtarıram ki, görüm mən o sözü harada demişəm. Rəqsanənin sürücülük səlahiyyəti məhdudlaşdırıla bilməz. Mən efirdə canlı yayımda çıxış etdim, olanları dedim. Rəqsanə də bu millətin nümayəndəsidir, sevilən müğənnidir. Bu məsələ qapanmayıb? Mətbuatın nə marağı var ki, Rəqsanə ilə Yol Polisini üz-üzə qoyur? Sizin ne maddi-marağınız var bu məsələdə?"

Xatırladaq ki, Anspress.com "Günəbaxan" verilişinə istinadən yazıb ki, V.Əsədov müğənni Rəqsanə ilə bağlı belə bir açıqlama verib: ""Müğənni son müddətdə bəzi yol qəzası törətdi. Elə bu səbəbdən də onun sürücülük vəsiqəsi əlindən alınıb".

Onu da qeyd edək ki, bir müddət öncə müğənninin qızı "Polis avtomobilimi saxlayanda, anamın adını verirəm və buraxırlar" sözlərini demişdi.

Bahar Rüstəmli
AzNews.az