Şeyxin qardaşından Oqtay Əsədova ŞİKAYƏT

"Sədərək" ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlar Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşkür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadədən şikayət etməyə hazırlaşır.


Sahibkarlardan bir qrupunun AzNews.az-a bildirdiyinə görə, C.Paşazadənin "Binə" və "Sədərək" ticarət mərkəzlərinin bağlanması ilə bağlı çıxışı narazılıqla qarşılanıb.

Deputatın bu çıxışına etiraz olaraq sahibkarlar Milli Məclisin sədri Oqtay Əsədova müraciət edəcəklər. Müraciətdə deputatın fikirlərinə etiraz ifadə olunacaq və həmçinin məsələyə parlament rəhbərliyi səviyyəsində münasibət bildirilməsi tələb ediləcək. Sahibkarların fikrincə, C.Paşazadənin bu bəyanatla çıxış etməsi sahibkarların fəaliyyətinə əngəl yaradır.

Qeyd edək ki, C.Paşazadə "Qafqazinfo"ya müsahibəsində "Bakı kimi bir şəhərdə, "Sədərək", "Binə" kimi bazarların qurulmasının əleyhinəyəm. Bu qadağa dövlət siyasəti olmalıdır. Hər gün 50 min insan toplaşan bir yerdən nə desən gözləmək olar. Bu bazarlar həm də Azərbaycanın iqtisadiyyatına zərər verir. Şəhərin yarısında tıxac yaradan həmin bazarlardır. Nə səhər, nə də ki axşam tərəfi Bakıya giriş-çıxış mümkün olmur".

Elnur
AzNews.az