780 kq yararsız məhsullar məhv edilib

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən monitorinqlər davam etdirilir.


"Qafqazinfo" xəbər verir ki, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı

Sumqayıt şəhərində

* 6-cı mikrorayon, Z.Hacıyev küçəsi, ev 11A ünvanında Faiq Məmişova məxsus mağazada;

Xırdalan şəhərində

* Ə.Şəfiyev küçəsi, ev 1B ünvanında Əliağa Lətifova məxsus mağazada;

* H.Əliyev prospektində Cavid Məmmədova məxsus mağazada;

* H.Z.Tağıyev küçəsində Dilqəm Həşimova məxsus mağazada;

Gəncə şəhərində

* Xətai prospekti, ev 25 ünvanında Rafiq Kazımova məxsus mağazada saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Nəsimi rayonunda

* Cavad xan küçəsi, ev 97 ünvanında Ramin Qasımova məxsus mağazada;

Səbail rayonunda

* Badamdar qəsəbəsi, Məktəbli küçəsi, ev 1 ünvanında Ərəstun Babayevə məxsus mağazada;

Xətai rayonunda

* Y.Əliyev küçəsi, ev 4 ünvanında Mənsumə Nəhmətovaya məxsus mağazada;

* General Şıxlinski küçəsi, ev 39M ünvanında Zahir Əliyevə məxsus mağazada;

* General Mehmandarov küçəsində Nahid Əliyevə və Rəşid Məmmədova məxsus mağazalarda;

Qaradağ rayonunda

* Qobustan qəsəbəsində Çingiz Sultanova məxsus mağazada;

İqtisadiyyat və Sənaye Nazirliyi

* Lökbatan qəsəbəsində Rüfət Tahirova, Asif Orucəliyevə, İbrahim Bayramova, Salam Abiyevə və Sevil Zülfüqarovaya məxsus mağazalarda;

* Müşviqabad qəsəbəsində Vasif Əzimova məxsus mağazada;

* Sahil qəsəbəsi, Z.Qasımov prospekti, ev 41 ünvanında Məzahir Rəsulova məxsus mağazada;

Samux rayonunda

* Karayeri kəndində Radə Zeynalovaya məxsus mağazada;

* Qarabağlar kəndində Qaşqay Musayevə məxsus mağazada;

Ucar şəhərində

* Azərbaycan küçəsində Anar Rəhimova məxsus mağazada;

Kürdəmir şəhərində

* M.Ə.Sabir küçəsi, ev 20 ünvanında Xasay Rəsulova məxsus mağazada;

* H.Əliyev prospektində Akif Cəbrayılova məxsus mağazada;

Yevlax şəhərində

* Nizami prospekti, ev 33 ünvanında Polad Cavadova məxsus mağazada;

İmişli rayonunda

* Bəhrəmtəpə qəsəbəsində Səxavət Qurbanova məxsus mağazada;

* İmişli şəhəri, Bakı küçəsində Bahadur Maxsudova məxsus mağazada;

Xaçmaz rayonunda

* Mürşüdoba kəndində Abdulla Əmrullayevə məxsus mağazada;

Xudat şəhərində

* H.Əliyev küçəsində Elmar Əjdərova məxsus mağazada;

İsmayıllı şəhərində

* M.Orucov küçəsində Telman Ağayevə məxsus mağazada;

Masallı şəhərində

* M.C.Talışxanov küçəsində Samir Sahibova məxsus mağazada;

Cəlilabad şəhərində

* H.Əliyev prospektində Nadir Cəfərova məxsus mağazada;

Zaqatala rayonunda

* Əliabad qəsəbəsində Təmraz İsmayılova məxsus mağazada;

Şəki şəhərində

* M.Rəsulzadə prospektində Valeh Məmmədova məxsus mağazada;

Qax şəhərində

* Ü.Hacıbəyov küçəsində Yasəmən Fərhadovaya məxsus mağazada;

Füzuli rayonunda

* Əhmədalılar kəndində Tahir Mehdiyevə məxsus mağazada;

* Böyük Bəhmənli kəndində Xəqani Mirzəliyevə məxsus mağazada;

Tərtər rayonunda

* Düyərli kəndində Zaman Mehdiyevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.

Ümumilikdə, monitorinqlər zamanı 700 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.



AzNews.az