- Köhnə - Cəmiyyət
- 11 Fevral 2014 19:33
- 3 753
Saxta endirim kampaniyasının qarşısı alındı
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, mağazanın pəncərələrində "Endirim 20%-dən 60%-ə" və "Bütün qış mallarına 50% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) əks olunmadığı, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkar edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş fiziki şəxs Həsənov Zahir Famil oğlu barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
AzNews.az