Paytaxtda su qıtlığı olacaq

Avqustun 23 və 24-də Bakı şəhəri, Səbail rayonun Bayıl qəsəbəsi, Neftçilər prospekti, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Şövkət Ələkbərova, İstiqlaliyyət və Niyazi küçələrinə içməli suyun verilməsində fasilələr yaranacaq.

Fasilələr təmir-tikinti işləri ilə əlaqəlidir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, qurumun istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.


Qurumdan verilən məlumata görə, Bakı şəhəri, Neftçilər prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ərazidən keçən magistral su və kanalizasiya xətlərinin dəyişdirilməsi istiqamətində işləri yekunlaşdırılıb. Prospektin Funikulyorun qarşısından Əziz Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində uzun müddət istifadə də olan 1960 metr metal borulardan ibarət su xətləri yeniləri ilə əvəz olunub.

Bundan başqa Neftçilər prospektinin Puşkin küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsinə qədər olan hissəsində uzunluğu 1286 metr olan yeni magistral su xətti çəkilişi başa çatıb.

Hazırda çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.


Sevinc

AzNews.az