Xanım Qafarova: “Yenidən Türkiyəyə gedəcəyəm”

"Üç aydan sonra müalicəmin davam etdirilməsi üçün yenidən Türkiyəyə gedəcəyəm".


Bunu AzNews.az-a açıqlamasında Respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Musiqili Teatrın aktrisası Xanım Qafarova deyib.

Onun sözlərinə görə, 3 aydan sonra yenidən müayinədən keçməsinə ehtiyac var: "Üç aydan sonra yenidən müayinədən keçməliyəm. Bu günə qədər aparılan müalicənin nəticəsini bilmək üçün bu mütləq vacibdir. Sonuncu dəfə müalicə kursu 15 günlük davam etmişdi".

Aktrisa hazırda Bakıda olduğunu və yaxın günlərdə teatra qayıdacağını da qeyd edib: "Həkimlər nəticənin yaxşı olacağını deyirlər. Allaha şükür ki, yaxşıyam".

Xatırladaq ki, Respublikanın əməkdar artisti Xanım Qafarova ankoloji xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə bağlı aktrisa 3 dəfə cərrahi əməliyyat olunub. Həmçinin, aktrisa iki dəfə Türkiyədə kimya-terapiya kursu da keçib.

Bahar Rüstəmli
AzNews.az