“Gülər Əhmədova əfv ilə bağlı müraciət etməyib“

"Gülər Əhmədova əfv edilməsi ilə bağlı Əfv Komossiyasına müraciət etməyib".


Bunu anspress-ə açıqlamasında Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov deyib.

V.Məhərrəmovun sözlərinə görə, ümumiyətlə sabiq millət vəkili ilə bağlı heç kim tərəfindən quruma müraciət daxil olmayıb. "Əgər ağır cinayət deyilsə cəzasının üçdə bir hissəsini çəkdikdən sonra məhkum əfv oluna bilər. Konstitusiyanın 109-cu maddəsi ilə Prezidentin xüsusi səlahiyyəti var ki, müddətdən aslı olmayaraq əfv etsin. Bu prezidentin müstəsna səlahiyyətidir. Hələlik bizdə elə bir müraciət yoxdur".

V.Məhərrəmov kütləvi informasiya vasitələrində əfv sərəncamı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Əfv Komissiyasının hələlik toplantısı keçirilməyib. Əfvlə bağlı bizə müraciətlər daxil olur. Daxil olan müraciətləri hər ayın sonunda Əfv Məsələləri üzrə Komissiyaya göndəririk".

AzNews.az