- Köhnə - Cəmiyyət
- 22 Fevral 2014 10:46
- 5 782
Ekspert: “Rusiya Ukrayna bazarını itirmək təhlükəsi ilə üzləşib”

Bunu AzNews.az-a açıqlamasında Nazirlər Kabinetinin maliyyə kredit şöbəsinin sabiq müdiri, iqtisadçı-ekspert Oktay Haqverdiyev deyib. Onun sözlərinə görə, Ukraynadakı hakimiyyət-müxalifət qarşıdurması və iğtişaşlar ölkəni iqtisadi tənəzzül qarşısında qoyub. Ukraynanın ən böyük ticarət partnyorlarından biri isə Rusiyadır. Ekspertin fikrincə, baş verənlər Rusiyaya da təsirsiz ötüşməyəcək: "Çünki Rusiyanın sənaye istehsalı, xüsusilə hərbi sənaye kompleksləri Ukrayna şirkətləri ilə əməkdaşlıq edir. Rusiya bu əməkdaşlığı itirə bilmək təhlükəsi ilə də üz-üzədir. Digər tərəfdən Rusiyanın Ukrayna ilə neft-qaz sahəsindəki əməkdaşlığı şimal qonşumuza milyonlarla dollar gəlir gətirirdi. Bu yöndə də böyük dəyişikliklərin olacağı gözləniləndi".
O. Haqverdiyev Ukraynanada baş verən hadisələrin iqtisadi cəhətdən Azərbaycana təsirindən də danışıb: "Bu təsirdən ümumiyyətcə danışmağa dəyməz. Çünki iqtisadi cəhətdən Ukraynadan asıllığımız yoxdur və digər tərəfdən bizi ticari-iqtisadi əlaqələrdə heç nə bağlamır. Bunu iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıqda əks olunan rəqəmlərdə də görmək olar".
Amid
AzNews.az