- Köhnə - Cəmiyyət
- 25 Fevral 2014 11:23
- 4 568
Prezident yeni sənaye müəssisələrinin açılışını etdi

Əvvəlcə dövlət başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Prezident İlham Əliyev "Azərsun Sənaye Parkı"nın nəzdində yaradılmış Azərbaycan kağız və karton istehsalat kombinatının, Sumqayıt yağ fabrikinin açılışlarında iştirak edib, müəssisələrin kollektivi ilə görüşüb.
Azərbaycan Prezidenti daha sonra mis emalı zavodunun açılışında iştirak etmiş, Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub.
AzNews.az