- Köhnə - Cəmiyyət
- 28 Fevral 2014 11:07
- 5 124
Sabah qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, martın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gündüz cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da martın 1-də hava arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 2-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır.
AzNews.az