Zaur Hüseynovun yerinə təyinat oldu

"Bakıelektrikşəbəkə" ASC-yə yeni təyinat olub.

Bunu AzNews.az-a "Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

O, vurğulayıb ki, dünən axşam "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin başçılığı ilə iclas keçirilib.

Qurumda texniki direktor vəzifəsində çalışan Sadıq Sadıqov "Bakıelektrikşəbəkə" ASC-də İdarə Heyəti sədrinin I müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, "Bakıelektrikşəbəkə" ASC-nin sədrinin birinci müavin Zaur Hüseynov prezidentin dünən imzaladığı sərəncamla yeni yaradılan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Amid Əyyuboğlu
AzNews.az