Kamal Abdulla yeni vəzifəsindən danışdı

Yazıçı Kamal Abdulla yeni vəzifəsindən danışdı.
AzNews.az-a açıqlamasında K. Abdulla bu sərəncama görə ölkə prezidentinə öz təşəkkürünü bildirib: "Məni bu vəzifəyə layiq gördüyünə görə, ölkə başçısına təşəkkürümü bildirirəm. Təbriklərə görə də hər kəsə minnətdaram. Hazırda işlərim çoxdur. Geniş danışa bilmirəm".

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə K.Abdulla Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilərək, Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

Amid Əyyuboğlu
AzNews.az