- Köhnə - Cəmiyyət
- 5 Mart 2014 23:30
- 2 450
Bu günün hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin gecəyə doğru bəzi şimal rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 14-19, bəzi yerlərdə 22 dərəcəyədək isti, dağlarda gecə 3-8, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcəyədək isti olacağı gözlənilir.
AzNews.az