- Köhnə - Cəmiyyət
- 6 Mart 2014 12:47
- 3 816
Keçmiş rektor işdən çıxarılmasından danışdı

Keçmiş rektor "Qafqazinfo"ya açıqlamasında sərəncamı çox normal qəbul etdiyini deyib:
"Mən Milli Məclisin deputatıyam, parlamentin Elm və təhsil Komitəsinin sədriyəm. Bundan sonra da Azərbaycan təhsilinin və elminin, qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində öz fəaliyyətimi davam etdirəcəm. Eyni zamanda, İqtisad Universitetində kafedra müdiriyəm, orada da elmi və pedaqoji fəaliyyətimi davam etdirəcəm".
Ş. Hacıyev yeni təyin olunan rektor Ədalət Muradovla bağlı da fikirlərini bölüşüb:
"Yeni rektoru lap çoxdan tanıyıram. İqtisadçı olması müsbət haldır. Yüksək elmi səviyyəsi ilə fərqlənir. Kiyev Dövlət Universitetinin məzunudur. Əminəm ki, bizim başlatdığımız və gördüyümüz işləri yeni tələblərə müvafiq olaraq daha da inkişaf etdirəcək".
AzNews.az