Ticarət köşkləri ilə bağlı qərar bir neçə saata veriləcək


Bakı Metropoliteni ticarət köşkləri ilə bağlı qərarını bir neçə saatdan sonra açıqlayacaq. Bunu Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva bildirib.

Onun sözlərinə görə, hazırda qərar hazırlanır. Qərarın hansı müddəalardan ibarət olacağını deyə bilməyəcəyini bildirən QSC rəsmisi vurğulayıb ki, bu haqda yaxın saatlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, metropolitenin yeni rəisi Zaur Hüseynovun tapşırığı ilə yeraltı keçidlərdə fəaliyyət göstərən ticarət obyektlərinin bağlanacağı bildirilir. Artıq bəzi keçidlərdə bu qadağa tətbiq edilməyə başlayıb. Məsələ ilə bağlı sahibkarlar Metropolitenin qarşısında aksiya keçiriblər.

Amid
AzNews.az