- Köhnə - Cəmiyyət
- 11 Mart 2014 14:10
- 3 242
Azərbaycanda İspaniya səfirliyi açılacaq

APA-nın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Madriddə iqtisadi forum çərçivəsində keçirilən tədbirdə İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqalyo çıxış edib.
Nazirin sözlərinə görə, yaxın zamanlarda Gürcüstan, Azərbaycan və Ermənistanda İspaniya diplomatik nümayəndəliklərinin açılışı planlaşdırılır.
Qeyd edək ki, İspaniya səfirlikləri Avropa Birliyinin bu ölkələrdəki nümayəndəlikləri yanında fəaliyyət göstərəcək. Müvafiq memorandum ötən ilin noyabrında İspaniya ilə Avropa Birliyi arasında imzalanıb.
AzNews.az