- Köhnə - Cəmiyyət
- 27 Mart 2014 20:00
- 3 329
Həyat yoldaşı Ramiz Əzizbəylinin səhhətindən danışdı

"İndi baxırsan ki, az-az danışır, nitqi yerinə gəlir. Müalicə davam etsə yəqin ki, yaxın aylarda tam şəkildə danışa biləcək".
Aktyorun həyat yoldaşı onu da əlavə etdi ki, bayram günlərində R.Əzizbəyliyə baş çəkənlərin sayı çox olub: "Sənət yoldaşlarının əksəriyyəti gəlmişdi. Çox adam gəlmişdi. Təbii ki, belə şeylər xəstəyə əhval-ruhiyyə verir. Amma hələ də Ramizin müalicəsi üçün maliyyə məsələsində bizə dəstək verən yoxdur".
Xatırladaq ki, xalq artisti Ramiz Əzizbəyli beyin insultu diaqnozu ilə fevralın 21-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi.
Orada bir müddət müalicə alan aktyor sonradan Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Bahar Rüstəmli
AzNews.az