- Köhnə - Cəmiyyət
- 28 Mart 2014 13:27
- 2 698
Əməkdar artist telekanal rəhbərlərini tənqid etdi

Axşam.az-ın məlumatına görə, müğənni ona sənətkar deyə müraciət olunmasını qadağan edib:
"Mənə sənətkar deyə müraciət edəndə əsəbiləşirəm. Bu mənim üçün təhqirdir. Mən sənətkar deyiləm. Bu sözü deməklə məni sənətkarların gözündən salmağa çalışırlar".
Şou-biznesdə olanların əksəriyyətini oxuya bilməməkdə günahlandıran T.Əmrah aparıcıları da tənqid edib:
"Bu gün oxumağı bacaranlar kasaddır. Efirə isə sənəti olmayanlar buraxılırlar. Hamısı pul verir verilişlərə çıxır. Telekanal rəhbərləri elə bil kassada əyləşiblər. Aparıcıların isə çoxu savadsızdır. Eləsi var ki, heç dördüncü sinfi bitirməyib".
AzNews.az