Nağılbaz Əbdül Mahmudbəyovu ələ saldı

Tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyov mediaya müsahibəsində rep ifaçılarının ünvanına ağır ittihamlar səsləndirib.

Rejissor bildirib ki, rep ifaçılarının hamısı narkomandır. AzNews.az Ə. Mahmudbəyovun fikirləri ilə bağlı Azərbaycanda repin banisi hesab olunan Anar Nağılbazın mövqeyini öyrənib.

A.Nağılbaz bildirib ki, bu kimi fikirlər söyləyən şəxslər ailələrinə baxıb səhvlərini görməlidir: "Oturub-durmadığı, yaxın ünsiyyətdə olmadığı insan haqda hansısa ittiham irəli sürmək doğru deyil. Rep böyük bir mədəniyyətdir və bunun onlarla təmsilçisi var. Bu qədər insanı ittiham etmək olmaz axı".

Rep ifaçısı Ə. Mahmudbəyovun bir müddət əvvəl meyxanaçılarla yaşadığı problemi xatırladaraq əlavə edib ki, zamanında kino sahəsində yaxşı işləri olub. Amma indi yaşlaşıb və görünür bir vəzifə istəyir: "Qoy gedib meyxananı bədiyyə, repi də bəhri-təbil adıyla birləşdirib bir qurum yaratsın və özü də həmin qurumun rəhbəri olsun".

İntiqam Valehoğlu
AzNews.az