Azərbaycanda "mentalitet" və "xidmət" Azərbaycanda "mentalitet" və "xidmət"

Ofisiant 60 yaşlı müştərini belə döydü – Fotoreportaj

Azərbaycanda "mentalitet" və "xidmət"

Dünən səhər saatlarından etibarən şəhərimizin balaca sakinlərindən xəbər tutmaq, gördüklərimizi çəkmək istədik. Ancaq yəqin ki, havanın isti olması ilə əlaqədar balacalar elə də gözümüzə dəymədi. Amma biz yenə də gəzintimizi davam elədik, eyni zamanda, maraqlı görüntüləri də gözdən qaçırmadıq. Sonra bir az dincəlmək üçün Nizami Kinoteatrının yaxınlığındakı kafedə özümüzə yer tapdıq. Elə yenicə çay içməyə başlamışdıq ki, bir də gördük qonşu masada uca səslə mübahisə başladı. Elə bildik, mübahisə gələn dostlara arasındadı, yenə cavanlar kəmhövsələlik ediblər. Amma üz döndərəndə gördük ki, masa ətrafında əyləşən təxminən 60 yaşlarında bir qoca, onunla mübahisə edən isə kafenin təxminən 19-20 yaşlı ofisiantıdır. Bu cavan oğlan qocanın üstünə elə qışqırırdı ki, elə bil dəlixanadan yenicə qaçıb.

Qışqırdığı adam isə ahıl kişi yox, körpə uşaqdır. Hadisənin səbəbini biləndən sonra ümumiyyətlə heyrətləndik. Sən demə, yaşlı müştəri hesabı stolun üstünə qoyaraq, ofisiantı bundan xəbərdar edib. O isə eşitməyib, elə bilib ki, hesabı ödəmədən kafeni tərk edir. Ancaq qışqırığı-bağırtısı, hələ bir qocanın üstünə getməyi ilə öz qəbahətinin heyfini müştərisindən çıxmağı heç də ar bilmədi bu cavan oğlan. Hələ bu harasıdır? Kənardan edilən müdaxiləyə "Sən qələtini elə" deyə cavab verməkdən də çəkinmədi. Bəs harada qaldı bizim yaşlılara hörmətimiz? Tutaq ki, bunu unutdun... Bəs müştəriyə münasibət, xidmətdə mədəniyyət budurmu? Beləmi təlimat almısınız siz? Yoxsa yenə "Bura Azərbaycandır" deyib, bunundan üstündən yan keçəcəyik?

Bəlkə də, kənardan gülüş doğuracaq, o cavanın isə fəxarətlə danışacağı, tay-tuşları arasında qürrələnəcəyi bir məsələdir bu. Amma əslində, utanılacaq bir hərəkətdir. Azərbaycanda məşhur "mentalitet" sözü heç də öz qüvvəsində deyil, həmçinin, xidmət səviyyəsi də qənaətbəxş deyil. Deyəsən, bu gedişlə hələ çox vacib məqamlar dırnaq arasında qalacaq...

Bir məsələ də ondadır ki, bu və bu kimi məkanlarda, obyektlərdə rəhbərliyin, yəqin ki, kafenin gəlirlərinə, müştərilərin "bəxşişlərinə", "hörmətinə" gələndə gözləri açıq olur, amma sözün əsl mənasında müştəriyə hörmətə gələndə isə... vəziyyət ortadadır. Deməli, "müştəri hər zaman haqlıdır" prinsipinin unudulmağı bəs deyil. Əksinə, müştərinin indiki dövrdə haqqı varmı ki?

Sevinc Fədai
Fotomüxbir Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description