- Hadisə
- 20:40
- 1 135
Xaçmaz sakini güllələnib, şübhəli şəxs polisə təslim olub

Xaçmazda qətl hadisəsi törədilib.
Aznews.az xəbər verir ki, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini 1981-ci il təvəllüdlü Cəlilov Emin Nəcimulla oğlu kürək nahiyəsindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
E. Cəlilovu öldürməkdə şübhəli bilinən şəxsin özü polisə könüllü şəkildə təslim olub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.