Leyla Yunusun evindә axtarış aparılır - YENİLƏNİB-2 - FOTO

Leyla Yunusun evindә bu dəqiqələrdə axtarış aparılır.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, axtarışlarda əməliyyatçılar, hal şahidləri, Leyla Yunus özü, vəkillər Xalid Bağırov, Elton Quliyev vә hüquq müdafiәçilәri iştirak edir.

Evə jurnalistlər buraxılmayıb.

**** 19.26

Leyla Yunusun ofisində aparılan axtarış yekunlaşıb.


APA-nın məlumatına görə, axtarış başa çatdıqdan sonra Leyla Yunus jurnalistlərə açıqlamasında qeyd edib ki, əməliyyatçılar ofisdən bəzi müqavilələri, hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunusun müəllifi olduğu kitabları, həmçinin Leyla Yunusa 1994-cü ildə erməni tarixçisi tərəfindən verilmiş vizit kartını götürüblər.

Daha sonra əməliyyatçılar axtarış aparmaq üçün Leyla Yunusun yaşadığı evə gediblər.

* * *

17.16

Prokurorluq işçiləri Leyla Yunusun ofisində axtarışa başlayıb.


APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, axtarışlarda əməliyyatçılar, hal şahidləri, Leyla Yunus özü və vəkili Xalid Bağırov iştirak edir.

Ofisə jurnalistlər buraxılmayıb.


AzNews.az
image description image description image description image description